ABŞ və Fransadan Azərbaycana hörmətsizlik

ABŞ və Fransadan Azərbaycana hörmətsizlik

Prezidentin köməkçisi: “Onlar bizim dəvətimizə açıq şəkildə etinasızlıq göstərdilər”

“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.

“Avronews” xəbər verir ki, bu açıqlamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda verib. O, bu münasibətin ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini deyib.

“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”, - deyə Hacıyev vurğulayb.

Əlavə edib ki, Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: “Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.