İlham Əliyev “Brüssel formatı”na sadiqliyini ifadə edib

İlham Əliyev “Brüssel formatı”na sadiqliyini ifadə edib

Dövlət başçısı Aİ Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb. “Avronews” bu barədə Azərbaycan rəhbərinin mətbuat xidmətinə istinadən xəbər verir.

Telefon danışığı zamanı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini deyib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.