“Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-də daimi üzvü olması ədalətli yanaşma olacaq” – PREZİDENT
İlham Əliyev: “Ölkəmiz bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətindədir”
Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir. “Avronews” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən deyib.
“Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”, - deyə dövlət başçısı bildirib.
Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.