Prezident: “Sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən kriminal ünsürlər çıxarılmalıdır”
“Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə edilib” – İlham Əliyev
Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
“Avronews” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı deyib.
Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.