“Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm” – Çin lideri
Si Sinpin: “Ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün çalışmağa hazıram”
“Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir”.
“Avronews” xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Sinpinin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
“Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram”, - deyə məktubda bildirilir.