Ərdoğan gedərsə...
nə baş verər?
"Ərdoğan getsə, Türkiyə batar" düşüncəsi türk xalqına təhqirdir. Türkiyənin çox ciddi kadr potensialı, bütün problemlərinə rəğmən, güclü siyasi partiyaları, dinamik vətəndaş cəmiyyəti var.
85 milyonluq xalqın taleyi bir nəfərdən asılı ola bilməz. Bu toplum tükənməyib və özünü idarə etməyə, öz içindən fərqli alternativlər çıxarmağa qadirdir.
Atatürk kimi tarixi şəxsiyyət və dövlətin qurucusu vəfat etdikdən sonra Türkiyə ayaqda qaldısa, Ərdoğan kimi ölkəni dərin böhran girdabına sürükləmiş siyasətçi getdikdən sonra ümimiyyətlə, heç nə olmaz, əksinə, kim gəlirsə gəlsin, vəziyyətin indikindən pis olması mümkün deyil.
"Ərdoğan getsə, Azərbaycan batar" fikrinə isə ilk növbədə prezident İlham Əliyevin tərəfdarları, YAP fəalları cavab verməlidir. Məncə, onlar bu cür fikirlərdən məmnun deyillər.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”