XİN başçılarının görüşü başladı

XİN başçılarının görüşü başladı

Bayramovla Mirzoyan Vaşinqtonda bir araya gəliblər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb. “Avronews” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüş başlayıb.