Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün sonunda bəyanat qəbul edilib. “Avronews” bəyanatın mətnini təqdim edir:

“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.