“Bu, bütün müsəlman dünyasına təhqirdir” – İLHAM ƏLİYEV
Prezident: “İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”
“Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə bir edib. Qalan iki məscid isə ciddi zərər görüb, donuz, inək saxlanılması üçün istifadə edilib. Bu, bütün müsəlman dünyasına təhqirdir”.
“Avronews” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündəki çıxışı zamanı deyib.
“İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, - deyə dövlət başçısı bildirib.
Əliyev işğaldan azad edilmiş ərazilərdəki mina probleminə də toxunub: “Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən keçən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”.