Ermənistan Azərbaycanla sərhəddə 3 yeni keçid məntəqəsi yaradacaq

Ermənistan Azərbaycanla sərhəddə 3 yeni keçid məntəqəsi yaradacaq

Məqsəd insanların, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsini təşkil etməkdir

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistanla Azərbaycan arasında sərhədin bəzi hissələrində keçid məntəqələrinin yaradılmasını nəzərdə tutan layihəni təqdim edib. Ermənistan hökumətinin 2011-ci il 703-N saylı fərmanına əlavələr edilməsi haqqında layihə “e-draft.am” saytında dərc olunub.

Layihənin əsaslandırılmasında bildirilir ki, sənədin qəbulu Baş nazirin avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların icrasını təmin etmək zərurətindən irəli gəlir. Bu layihənin hədəfi insanların, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsini təşkil etmək və həyata keçirmək üçün Ermənistanın dövlət sərhədindən yeni keçid məntəqələrinin yaradılmasıdır.

Ermənistan - Azərbaycan sərhədi boyunca regionlarda yeni buraxılış məntəqələrinin yaradılması planlaşdırılır: Qeqarkunik (Sotk icmasından ER dövlət sərhədinə qədər, M11 şossesində), Ararat (Yerasx icması, M2 şossesi üzərində), Sünik M2 şossesinin cənub-şərqində (Qaraundj icmasından 7,5 km cənubda).

“Layihənin qəbulu ilə yeni nəzarət-buraxılış məntəqələrinin tikintisi və təchiz edilməsi üçün əlavə maliyyə vəsaiti cəlb etmək lazım gələcək”, - deyə əsaslandırmada vurğulanır.

(armeniatoday.news)