Putinin Soçi hədəfi
İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik
Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. Yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır.
Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir. Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi.
İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”