Azərbaycan səfiri etimadnaməsini Fransa XİN-ə təqdim edib
“Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib. “Avronews” xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib.
“Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”, - deyə Abdullayeva bildirib.