Cidd proseslərə lağlağı yanaşma
Laçın yolunda baş verənlər milli məsələdir
Ərdoğan tələsir, Əliyev tələsir, Laçın yolunda əsəb savaşı tədricən əzələ nümayişinə çevrilir, Qərbin sərt reaksiyaları gəlir. Laçın yolunda hər an vəziyyət dəyişə bilər.
Bölgə üçün Gürcüstan və yaxud İdlib ssenarisinin oynalılacağını bilmirəm. Rus agenturası Azərbaycanda açıq kartla oynayır. Vəziyyət bu qədər ciddidir.
Bir çoxları isə lağlağı edir. O qadının əlində göyərçinin ölməsinin, heyvan dərisindən papaq geyinməsinin önəmi baş verəcəklərin yanında heç nədir.
Bir daha vurğulayıram: siyasət futbol oyunu deyil. Öz düşüncəsi olmayanları manipulyasiya eləmək asandır.
Laçın yolunda baş verənlər milli məsələdir. Zəif oynasalar da, güclü oynasalar da, bizim oyunçulardır, elə bilin ki, "Qarabağ" "Spartak"a qarşı oynayır. Bəlkə, futbolla eyniləşdirsək, bir qədər ciddi olarıq...
Müəllif: Azər Rəşidoğlu (politoloq)
Mənbə: “Facebook”