Baş nazir “yarıçılpaq rəfiqələrinin sinəsinə” görə üzr istədi: “Mən də insanam...”

Baş nazir “yarıçılpaq rəfiqələrinin sinəsinə” görə üzr istədi: “Mən də insanam...”

“Ümid edirəm ki, seçicilər siyasətçilərin boş vaxtlarında nə etdiklərinə deyil, öz işlərini necə gördüklərinə baxacaqlar” - Sanna Marin

Narkotik testinin mənfi nəticələrindən sonra Finlandiyanın Baş naziri xanım Sanna Marin bir daha ictimaiyyətdən üzr istəməli olub. Belə ki, internetdə yenidən kompromatlar peyda olub - bu dəfə Baş nazirin rəsmi iqamətgahından çəkilmiş foto yayılıb.

Şəkil onun iki yarıçılpaq rəfiqəsinin sinəsində “Finlandiya” yazısı olan tablonu tutaraq, öpüşməsini əks etdirir.

Çərşənbə günü, Lahti şəhərində rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının qurultayında Sanna Marin deyib: "Mən də insanam, ümid edirəm ki, seçicilər siyasətçilərin boş vaxtlarında nə etdiklərinə deyil, öz işlərini necə gördüklərinə baxacaqlar".

Parlamentdəki partiya qrupunun sədri Antti Lindtman bildirib ki, Baş nazir partiyasının etimadını doğrultmaqda davam edir.

(Euronews)