Prezident 3 yeni səfirin etimadnaməsini qəbul edib
İlham Əliyev əcnəbi diplomatlarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da 3 dövlətin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edib.
“Avronews” bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, dövlət başçısı Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun, Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın və Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.
(Yunanıstan səfiri)
(Meksika səfiri)