“Ermənistanla Azərbaycan arasında birbaşa dialoq səylərini alqışlayırıq”
Dövlət Departamentinin rəsmisi: “ABŞ Rusiyanın vasitəçiliyi ilə imzalanmış və Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə nəticələnən atəşkəsdə iştirak etməyib”
“Biz tərəfdaşların, həmçinin Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bütün tərəfdaşlarımızla birbaşa və effektiv olduqda regiondakı tərəfdaşlarımızla yaxından işləməyə davam edirik”.
“Avronews” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Konkret olaraq, Rusiyanın roluna gəlincə, ABŞ 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış və Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə nəticələnən atəşkəsdə iştirak etməyib, ona görə də mənim bununla bağlı əlavə fikrim olmayacaq. Amma əlbəttə, bu, dövlət katibi üçün çox vacibdir, o, buna yaxından diqqət yetirir və bu məsələ ilə dərindən məşğul olur”, - deyə o bildirib.