Azərbaycandan Estoniyaya etiraz
“Azərbaycanın Qarabağ bölgəsinin köhnəlmiş sovet adı ilə adlandırılmasını qəbuledilməz hesab edirik”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniya XİN-in bəyanatına cavab verib. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycanın XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”dan avtomobillər keçirsə, yol necə bağlanır?”, - deyə məlumatda bildirilir.