Peskov: “Bakı və İrəvanla danışıqlar aparırıq”
“Rusiya bu istiqamətdə öz öhdəliklərini yerinə yetirir”
Moskva Qarabağdakı vəziyyət və Laçın yolundakı durumla bağlı Bakı və İrəvan ilə davamlı danışıqlar aparır. “Avronews” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatların tərəflərindən biri olan rəsmi Moskva Bakı və İrəvan ilə gərgin, böyük zəhmət tələb edən iş aparır. Rusiya bu istiqamətdə öz öhdəliklərini yerinə yetirir”, - deyə o bildirib.