Fransa sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır

Fransa sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır

Azərbaycan dərhal Fransanın vasitəçiliyindən imtina etməlidir

Sosial şəbəkələrin erməni seqmentində, “Telegram” kanallarında Fransa Prezidentı Emmanuel Makronun “Franse 2” kanalının “L’ Evenement” proqramına verdiyi müsahibə təqdim olunub. Həmin müsahibədə turkəfob Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda həmişə tolerantlıq, sülh uğrunda mübarizə apardığını Qarabağın mübahisəli ərazi olduğunu, habelə “Dağlıq Qarabağ”ın Ermənistanın ürəyi olduöu üçün orada “olduğunu” qeyd edib. Daha sonra Makron bir az da irəli gedərək, Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işğal etdiyini” deyib.

Həmçinin, Azərbaycandan qaz, neft almadığı üçün onu “satın almağın” qeyri-mümkünlüyünu deyərək, Avropanın enerji təhlükəzliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin - bir çox Avropa ölkələrinin rəhbərlərinin və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları  Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayen və digərlərinin fəaliyyətlərini şübhə altına almağa və onların “ələ alınmasına” işarə vurub.

Halbuki, ölkəmiz hazırkı mürəkkəb, Ukraynaya qarşı təcavüzkar müharibənin davam etdiyi şəraitdə böyük siyasi, iqtisadi və digər  risklərə gedərək və fədakarlıq göstərərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edir.

Makronun bu müsahibəsində səsləndirdiyi bütün fikirləri və verilişin ruhu tam ölkəmizə qarşı olub. Biz - Azərbaycan cəmiyyəti olaraq Makronun və Fransanın digər dövlət və hökumət və bütövlükdə siyasi istebleşmenti tərəfindən səsləndirilən fikirlərin və fəaliyyətlərin tam olaraq Ermənistanın işğalçı və terrorçu fəaliyyətinə ortaq olmağın, onminlərlə insanın qətlinə və Xocalı soyqırımına haqq qazandırmanın və Cənubi Qafqazı yeni müharibəyə sürukləyən, islamafobiya və türkəfobiyanın bir dövlət siyasətinə çevrilməsinin nümunəsi kimi qiymətləndirməli və adekvat addımlar  atmalıyıq.

Erməni işğalını birmənalı müdafiə edən,  Ermənistana maddi, hərbi  yardım göstərən və müzdluların göndərilməsində, erməni xüsüsi təyinatlılarının, diversantlarının  hazırlanmasında və kəşfiyyat məlumatları ilə təchiz edilməsində iştirak edən, (ermənilərin son sentyabr təxribatında 80 hərbiçimizın həlak olmasında birbaşa iştirakçı olub) 30 il ərzində həmsədrlərdən biri kimi tam ermənipərəst fəaliyyəti ilə yadda qalan  və bütövlükdə son 2 ildə isə ançaq anti-Aazərbaycan siyasət aparan bir ölkə Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır.

Azərbaycan XİN təcili olaraq Emmanuel Makronun “Franse 2” televiziyasına verdiyi müsahibəsi, habelə Fransa hökumətinin rəsmilərinin açıqlamaları ilə bağlı bəyanat verərək Fransanın vasitəçiliyindən imtina etməlidir!

Əks halda Avtopa İttifaqından Ermənistana gələn missiyanın növbəti anti-Azərbaycan hesabatının şahidi olacağıq ki, bu, sülh müqaviləsinin hazırlanması və imzalanmasına əngəllər yaradacaq. Çünki, Ermənistan tərəfi növbəti dəfə vəkili kimi çıxış edən Fransaya arxalanaraq sülh müqaviləsinin imzalanmasını hər vasitə ilə uzatmağa çalışacaq. Bu münaqişənin illərlə davam etməsini arzulayan və özlərinin siyasi, iqtisadi və geopolitik maraqlarının təmin olunmasını istəyən qüvvələrin Cənubi Qafqaz uğrunda mubrizəsinin daha da güclənməsinə yeni imkanlar yaradacaq.  

Müəllif: Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti)

Mənbə: “Facebook”