Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. “Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.