Müsəlmansız Avropa?

Müsəlmansız Avropa?

“Quran”ı yandıran şəxs böyük ssenarinin sıravi icraçısıdır

Müasir İslam dünyasının başlıca problemi "tırka"ya getmək, siyasi təhriki görə bilməmək, qanun və diplomatik üsullarla cavab verə bilməməkdir. Haqlı ikən haqsız duruma düşürük.

Dünya yeni "11 sentyabr sindromu" ərəfəsindədir. Haqlıyıq, məzlumuq, amma düşmən ağıllı və hiyləgərdir, həm məzlum və haqlı görünəcək, həm də Avropada islamafoblar öz hakimiyyətlərinin qeyri-rəsmi göstərişi ilə "müsəlmansız Avropa" qurmaq istəyəcək.

Səmimi və çılğın olduğumuzdan siyasəti öyrənə bilmədik və bilmək şansımız azdır. Avropada təhlükəsizlik qüvvələrinin təhriki ilə müsəlmanları qanunsuz addımlara və iğtişaşlara sövq edəcək, ərəbləri və digər miqrantları qovacaqlar. “Quran”ı yandıran o şəxs böyük ssenarinin sıravi icraçısıdır...

Müəllif: Azər Rəşidoğlu (politoloq)

Mənbə: “Facebook”