Bakı-Vaşinqton müzakirəsi: “Sülhə tam hazırıq”
Ceyhun Bayramov Karen Donfrid ilə sülh prosesini müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
“Avronews” xəbər verir ki, bu barədə Bayramov rəsmi "Twitter" hesabında paylaşım edib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar.
“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, - deyə XİN rəhbəri bildirib.