İki idmançımız Avropa çempionu oldu
Taekvondoçularımız Buxarestdə qızıl medala sahib olublar
Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.
“Avronews” bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.