Azərbaycan idmançısı Rumıniya Superkubokunu qazanıb

Azərbaycan idmançısı Rumıniya Superkubokunu qazanıb

Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titular sahib olub

Volleybol üzrə Azərbaycan millisinin oyunçusu Yelizaveta Ruban Rumıniya Superkubokuna sahib olub. “Avronews” xəbər verir ki, 27 yaşlı oyunçu buna “CSM Lugoj” klubu ilə nail olub.

Komanda final matçında “CSO Voluntari”ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Qeyd edək ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul qazanıb.