Sevimli içkinizi hələ qurtumlamamısınızsa, əl saxlayın

Sevimli içkinizi hələ qurtumlamamısınızsa, əl saxlayın

Səhərini bir fincan qəhvə ilə açanlar bunu mütləq bilməlidirlər

Aç qarına qəhvə içmək mədə-bağırsaq problemlərinə, şəkərli diabetə və serotonin səviyyəsinin azalmasına səbəb ola bilər. Bu barədə “ura.ru”-ya Rusiya Diyetoloqlar Assosiasiyasının üzvü Kristina Plotnikova məlumat verib.

“Bir çox insanın səhəri bir fincan qəhvə ilə başlayır, amma mən sizə onu acqarına içməyi məsləhət görmürəm. Belə bir ənənə bir çox mənfi nəticələrə səbəb olur. Bunu müntəzəm olaraq edirsinizsə, o zaman həyəcan təbili çalmağın vaxtıdır”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyindən əvvəl qəhvə içməkdən ilk növbədə mədə əziyyət çəkir: “Belə bir vərdişin ən az zərərli nəticəsi mədə qıcqırmasıdır. Tədricən bir sıra mədə-bağırsaq xəstəlikləri inkişaf edə bilər və ya mövcud olanlar, məsələn, qastrit, ezofagit, pankreatit, mədə xorası kimi pisləşə bilər. Qəhvə üzvi turşuların yüksək olması səbəbindən həzmi stimullaşdırır. Boş bir mədəyə düşən qəhvə orqanın divarlarını korlayan çox miqdarda mədə şirəsinin ifraz edilməsinə səbəb olur”.

Plotnikova qeyd edib ki, bu içkini acqarına içmək şəkər xəstəliyinə səbəb ola bilər: “İngilis alimləri acqarına qəhvə içdikdən sonra qanda şəkərin səviyyəsinin demək olar ki, iki dəfə artdığını göstərən təcrübə aparıblar. Beləliklə, vərdiş heç də zərərsiz deyil: səhər yeməyindən əvvəl bir stəkan sevimli içki içsəniz, 2-ci tip diabetin inkişaf riskini artırırsınız”.

“Qəhvə əsas stress hormonu olan kortizolun istehsalını stimullaşdırır. Bu, qismən onun canlandırıcı təsiri ilə bağlıdır. Mədə qida ilə nə qədər az dolsa, sinir sisteminin həyəcanlanması bir o qədər tez baş verir. Acqarına müntəzəm qəhvə istehlakı kortizolun sintezində ciddi pozulmalara səbəb olur və serotonin istehsalı boğulur. Əgər siz acqarına 1 fincan qəhvə  içirsinizsə, o zaman enerji artımı əvəzinə bir yorğunluq və zəiflik hiss etdiyiniz zaman təəccüblənməyin”, - deyə dietoloq vurğulayıb.

(ura.ru)