Yer planeti, Günəş sistemi və Süd Yolu

Yer planeti, Günəş sistemi və Süd Yolu

Biz hələ qalaktikamız haqqında çox az bilgilərə sahibik

Ənənələrimə sadiq qalaraq yeni ilin ilk elmi paylaşımı. Bizim kiçik evimiz Yer planeti, orta evimiz Günəş sistemi, böyük evimiz Süd Yolu qalaktikası, sonsuz evimiz isə kainatdır.

Biz hələ qalaktikamız haqqında çox az bilgilərə sahibik. Süd Yolu adlanan qalaktikamızın diametri 105,700 işıq ilidir.

Bizim Günəş sistemi Süd Yolu qalaktikasının 2 böyük qolunun arasında yerləşir: Scutum-Centaurus və Perseus.

Bu iki nəhəng spiralın ortasında, yəni bizim mövcud olduğumuz hissədə isə nisbətdə kiçik olan Orion qolu yerləşir.

Bizim gözlə müşahidə edə bildiyimiz, gecələr səmaya baxanda gördüyümüz ulduzların 99%-i rəsmdə göstərilən kiçik kvadrat içərisində yerləşir.

Müəllif: Ramil Həsənov (araşdırmaçı)

Mənbə: “Facebook”