Müharibəyə “yox”, amma mənəviyyatsızlığa “hə”?

Müharibəyə “yox”, amma mənəviyyatsızlığa “hə”?

Belə bir filosof sevgi anlayışı ilə orgiyanı bir tutur

Slavoy Jijekə əvvəllər çox hörmətim vardı. Bəzi fikirlərini çox önəmsəmişəm hər zaman, indi də dəyərli hesab edirəm. Ancaq bəzi son fikirlərindən birini oxuduqda modern fəlsəfəyə olan inamım daha da azaldı.

Jijek deyir ki, Ukraynada müharibə başlayandan və xüsusən də atom bombası söhbətləri meydana çıxandan orgiya (qrup seks) ilə məşğul olanların sayı artıb. Yəni, “birdən atom atılar” deyib son günlərini yaşamış kimi düşünən bugünün insanları, guya, təsəllini bir-birilərinin yoldaşlarını, sevgililərini seks məclislərində paylaşmaqla görürlər.

İndi tutalım ki, individualist prizmadan yanaşsaq, hər kəsin öz beyni, mənəviyyatı və bədəni var, özü bilər. Amma məsələ burasındadır ki, 21-ci əsrdə fenomen filosof kimi göstərilən birisi bunu təbliğ edir. Özü də "No war, make love" prinsipi ilə.

Dahası da odur ki, Jijek kimi bir filosof sevgi anlayışı ilə orgiyanı bir tutur. “Müharibə olmasın!” deyir. Əla! Əlbəttə, heç kəs müharibə istəməz. Amma buna qarşı təklif nədir? Mənfiyə qarşı digər mənfi nüanslar.

Hegelian filosof olan Jijek özü hansısa mənfi tezisə qarşı başqa bir mənfi tezis irəli sürür. Birbaşa Hegelin və rasional fəlsəfənin özünə zidd getməkdir. Jijek burda örnəklərdən biridir. Əksəri Jijekdən çox daha betərdir modern dünyada.

Müəllif: Ramil Həsənov (araşdırmaçı)

Mənbə: "Facebook"