Qədimlərin maraqlı qaydaları – FOTO
Klassik quldarlıq dövrü ilə modern kapitalizm arasında çox ironiyalı örnəklər var
Eramızfan əvvəl 1250-ci ilə aid Misirin Thebes vilayətindən tapılmış işçilərə aid rəsmi qeydlər olan daş sənəd.
İçərisində yazılmış örnəklərdən:
- Xəstədir.
- Müdirlə birlikdədir.
- Özünə ev tikir.
- Əqrəb sancıb.
- Qardaşını mumyalayır.
- Anasının cəsədini sarır.
Hətta birində, bilirsiniz, nə yazılıb?
- Pivə mayalandırır.
İşçi pivə istehsal edir deyə işdən icazə verirlərmiş.
Klassik quldarlıq dövrü ilə belə modern kapitalizm arasında çox ironiyalı örnəklər var.
Yadıma nə düşdü?
Kamü yazırdı ki, anasının cənazəsinə getməyə müdiri icazə vermək istəmirdi.
Mütləqdir ki, bəzi qədim sivilizasiyaları durmadan daha qəddar və qeyri-insani hesab edən bir çox filosof və tarixçilərin bu kimi tapıntılardan xəbərləri yoxdur.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”