Pul və savaşdan doğulan tərəqqi
Bütün ixtiraların səbəbi biznes maraqları və müharibələr olub
Kapitalizmin inkişafı ilə birlikdə texnoloji yeniliklər dövrü başladı. İngiltərədə baş verən Sənaye İnqilabının barıtı elmi-texnoloji yeniliklər oldu.
Bunların içərisində ən böyük ixtiralardan biri dəmiryolu sisteminin başlanğıcına səbəb olan ilk lokomotivin yaradılması olur. Bu ixtiranın sahibi ingilis mühəndis George Stephenson idi.
Maraqlı bir amil var ki, modern dövrümüzün demək olar, bütün ixtiralarının səbəbi məhz biznes maraqları və müharibələr olub. Buxar motorlu çox yavaş sürətli ilk lokomotivin ixtira olunmasına səbəb kömür daşınması idi.
Dəmir yollarının inkişafının növbəti səbəbi isə Napoleonla edilən müharibələr oldu. İngiltərədə daşınmanın sürətlənməsi məhz bu kimi faktorlardan baş verib.
Sonrakı mərhələdə insanların istifadəsinə keçid belə, yenə kapital maraqları hesabına oldu. Sənaye inqilabı zamanı İngiltərədə kəndlilərin fəhləyə çevrilməsi və sənaye meqapolislərinin yaranması məcburi olaraq işçilərin zamanında istehsal müəssisəndə olmasını vacib edirdi.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”