Qadınlara diskotekalarda sirli iynələr vurulur - ŞİKAYƏT/VIDEO
“Əvvəlki kimi çölə çıxmırıq, çünki başımıza bir şey gələ biləcəyindən qorxuruq”
İspaniyanın hüquq-mühafizə orqanları krallığın ən azı doqquz muxtar bölgəsində istirahət zamanı və diskotekalarda qadınlara iynə vurulması ilə bağlı onlarla şikayəti araşdırır. Təkcə Kataloniyada, əsasən Barselonada və Lloret de Mar kurort şəhərində 20-dən çox belə hal qeydə alınıb. Amma bununla bağlı hələlik heç bir quldurluq və ya təzyiq faktı qeydə alınmayıb.
“Əvvəlki kimi çölə çıxmırıq, çünki başımıza bir şey gələ biləcəyindən qorxuruq”, - deyib şikayətçilərdən biri.
Digəri də analoji qorxusunu ifadə edib: “Mən çölə çıxıb dostlarımla əylənmək, sakit olmaq və məsələn, tualetə tək getmək və kiminsə mənimlə gəlməsini istəməmək istəyirəm”.
Yalnız bir halda qurbanın bədənində - şənlik zamanı iynə vurulduğunu hiss edən azyaşlıda zəhərli maddə aşkar edilib.
Hüquq-mühafizə orqanları hücum edənlərin niyyətləri barədə hələ heç nə bilmir. Əvvəllər Fransa və Böyük Britaniyada da qadınlara iynələrlə hücumlar artmışdı.
(Euronews)