“Facebook” və “Twitter” erası bitir?

“Facebook” və “Twitter” erası bitir?

Bazarın qanunları çox mərhəmətsizdir

Zənnimcə, “Facebook” və “Twitter” kimi qlobal dominantlığa malik sosial şəbəkə platformalarına hansısa rəqib gəlməsi üçün münbit şərait formalaşır. İqtisadi bazarın qanunları çox praqmatik və mərhəmətsizdir.

Bazarın özəyində belə bir qanun var ki, azacıq büdrəyən tez düşər. Məsələn, modern kapitalizmdə hansısa şirkətin gəlirləri 10% azalsa, onun səhmləri iki dəfə daha çox düşə bilər.

“Meta” (“Facebook”) şirkəti son aylar ciddi dəyər itirir. Böyük həcmdə işçi ixtisarlarının da olacağı bildirilir. Ümumən, son illər səslənən ictimai fikirlərdən görmək olur ki, sistemin alqoritmindən də narazı olanlar çoxdur.

Yağışdan sonra çıxan göbələk kimi peyda olan “Tik-Tok” bənzəri platformaların ani məhşurlaşması onun daha çox radiusa malik alqoritmidir.

Ən azından “Facebook” hələ də adi xidmətləri pulsuz olaraq saxlayır. “Twitter”in rəhbəri olan İlon Maskın bu məsələdə yeni davranışları daha risklidir. Bu kimi sosial şəbəkə platformalarının anidən inqilab etmələrində əsas səbəb pulsuz olmasında idi.

Amma Mask indi bu şirkətə klassik bazar prizmasından yanaşır. Üstəlik, bəzi davranışları ABŞ-ın təbliğ etdiyi azad-demokratik qlobal biznes prinsiplərinə ziddir.

“Meta” və “Twitter” zamana uyğun innovativ biznes təkamülünə keçməsə, zənnimcə, yaxın gələcəkdə hansısa dişli bir rəqibə məğlub olacaqlar.

Müəllif: Ramil Həsənov (araşdırmaçı)

Mənbə: “Facebook”