Yüz yaşlı kişi: “Uzun yaşamağımın sirri gözəl qadınlardır”
“Əgər 100 il yaşamaq istəyirsənsə, ətrafında gözəl qadınlar olmalıdır”
ABŞ-ın 100 yaşlı sakini yubileyini qeyd edib və uzunömürlülüyünün sirrini açıqlayıb. Filip Melvil 1922-ci ildə Fransada anadan olub. 19 yaşında faşist Almaniyasının işğalı altında olan bir ölkədən qaçıb. Daha sonra həmin şəxs ABŞ-a köçüb və 50 ildir Virciniya ştatının Aleksandriya şəhərində yaşayır.
Amerikada Melvil inşaat mühəndisi kimi təhsil alıb və bütün həyatını bu peşəyə həsr edib. Kişi uzunömürlülüyünün ilkin səbəbini Aleksandriyanın digər yüzü haqlayan sakinlərinin də iştirak etdiyi rəsmi tədbirdə qeyd edib.
“Uzun ömrümün sirri gözəl qadınlardır! Onların yanında cavan qalırsan”, - deyə o bildirib.
Şəhər rəhbərliyinin təşkil etdiyi xüsusi toplantıda bu yaxınlarda ad günlərini qeyd edən dörd nəfər yaşı yüzü keçən insan iştirak edib. Doğum günlərinə xatirə hədiyyələri və xüsusi statuslarını təsdiq edən sertifikatlar təqdim olunub.
Bundan əvvəl ABŞ-ın 106 yaşlı sakininin uzun və xoşbəxt həyat üçün üç əsas prinsipin adını çəkdiyi bildirilirdi. Bunlardan biri də həyat yoldaşınızla mübahisə etməməkdir.
(The Rambler)