“Nar” mağazalarını yeniləyir
Məqsəd müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsidir
“Nar” paytaxtda ve regionlarda yerləşən daha 3 mağazasını yeni konseptə uyğunlaşdırıb. Müasir tələblərə uyğun olaraq təqdim edilən “Nar” mağazaları şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.
Mağazalar Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev 40, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti və Beyləqan şəhəri, Magistral küçəsində yerləşir. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlifxidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
“Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator həmçinin ilin sonuna kimi 13 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edəcək. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.