Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu – FOTOLAR

Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu –
Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu –
Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu –

“Bizim dəri xərçəngi məsələsinə diqqəti cəlb etmək imkanımız var”

Amerikalı fotoqraf Sperser Tunik çılpaq könüllülərin iştirakı ilə növbəti kütləvi fotosessiya keçirib. O, bu dəfə Avstraliyanın Sidney şəhərindəki məşhur Bondi çimərliyində 2,5 minə yaxın insanı bir yerə yığıb və şəkil çəkib.

Tunik insanları doğan günəşin şüaları altında çəkib. Bu layihə avstraliyalılara dəri xərçəngi üçün mütəmadi olaraq yoxlanılmalı olduqlarını xatırlatmaq məqsədi daşıyır. Ümumdünya Xərçəng Araşdırmaları Fondunun məlumatına görə, avstraliyalılar bu xəstəlikdən dünyanın bütün ölkələrinin sakinlərinə nisbətən daha çox əziyyət çəkirlər.

Proqnozlara görə, 2022-ci ilin nəticələri açıqlamağa əsas verir ki, təxminən 17,7 min avstraliyalı dəri xərçənginə (melanoma) tutulacaq və təxminən 1,3 min nəfər bu xəstəlikdən dünyasını dəyişəcək.

Fotosessiya “Skin Check Champions” xeyriyyə təşkilatı ilə birgə təşkil olunub. Fotosessiyada iştirak etmək istəyənlər yerli vaxtla səhər saat dördün yarısından çimərliyə toplaşmağa başlayıblar.

"Bizim dəri xərçəngi məsələsinə diqqəti cəlb etmək imkanımız var və mən burada sənətimlə məşğul olmaqdan, insan orqanizminə və onun qorunmasına töhfə verməkdən şərəf duyuram", - deyə Tunik “Reuters” agentliyinə bildirib.

Fotosessiya iştirakçılarından biri, 77 yaşlı avstraliyalı Brüs Fişer isə AFP-yə bunları deyib: "Bütün həyatım günəş altında keçdi və kürəyimdə bir neçə bədxassəli melanoma çıxarıldı. Məncə, bu, layiqli bir layihədir və mən Bondi çimərliyində soyunmağı xoşlayıram”.

Fotoqrafın öz layihəsini həyata keçirə bilməsi üçün Avstraliyada çimərlikdə çılpaq görünməyi qadağan edən qanun xüsusi olaraq dəyişdirilib.

Spenser Tunik 30 ilə yaxındır ki, öz foto instalyasiyaları üçün çılpaq fləşmoblar təşkil edir. 1992-ci ildən o, növbəti layihənin yerini və vaxtını əvvəlcədən elan edir və hamını bu layihədə iştirak etməyə dəvət edir.

Onun ilk “çılpaq instalyasiyalarında” 1,5 mindən çox insan iştirak etsə də, getdikcə daha çox insan öz bədənini müasir incəsənətin ayrılmaz hissəsinə çevirmək istəyirdi. Beləliklə, 2003-cü ildə Barselonada yeddi min, 2007-ci ildə Mexikoda isə 18 min insan Tunik üçün poza verdi.

(BBC)

Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu – Xəstəliklə mübarizə naminə 2,5 min insan soyundu –