Çılpaq kişi küçədə qadına hücum etdi

Çılpaq kişi küçədə qadına hücum etdi

O, kömək etməyə gələn qadın tibb işçisini vuraraq yerə sərib

Moskvada tam çılpaq kişi qadın feldşerə hücum edib. Hadisənin videosu "Maraqlı Moskva" adlı “Telegram” kanalında yayımlanıb.

Lakin Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı onlarda məlumat olmadığını açıqlayıb.

“Qeyri-adekvat şəxs əvvəlcə yol boyu gedərək avtomobillərin keçməsinə mane olub, daha sonra ona kömək etməyə gələn qadın tibb işçisini vurub”, - deyə yayılan məlumatda bildirilir.

Videogörüntülərə əsasən, çılpaq kişi yola çıxır, iki tibb işçisinin onu gözlədiyi səkiyə qayıdıb qadının başına vurur.

(moslenta.ru)