Məcburi elm
Orta məktəbdə öyrənilməsi gərəkli olan şeyləri 30-40 yaşlarında öyrənməyə məcbur olacağıq
Britaniyada 18 yaşına qədər hər kəsin riyaziyyat öyrənməsinin zərurət olması ilə layihə önə sürülüb.
Təhsildə son onilliklərin yeni standartları bəzi klassik prinsiplərə qayıtmalıdır. Yeni standartlar təhsili hədsiz individuallaşdırıb, bir sıra önəmli fənləri kənara qoydu.
Məsələn, “humanitar elmlə məşğul olmaq istəyənlər üçün riyaziyyat niyə lazımdır ki?” deyildi. Bunun ziyanını mən də gördüm.
Bu gün isə artıq dövran yenidən dəyişdi. İndi elmin içərisinə daxil olan hər kəs anlayır ki, hətta siyasi elmlə məşğul olanlar belə, polimetrik (siyasi riyaziyyat) üzrə biliklərə sahib olmalıdırlar. Orta məktəbdə öyrənilməsi gərəkli olan şeyləri tədqiqatçılar 30-40 yaşlarında öyrənməyə məcbur olurlar, olacaqlar.
İngilislər ağıllı millətdirlər. Gələcəyi zamanında görürlər. Ağlı olmayanlar, gələcəyi görməyənlər heç olmasa, ingilislərin nə etdiklərinə baxsalar, yaxşı olar.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”