“Theraflu”nun satışına qadağa qoyulması tələb olunur

“Theraflu”nun satışına qadağa qoyulması tələb olunur

Qida və Dərman İdarəsi bəzi dərmanları təsirsiz hesab edir

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərkibində fenilefrin maddəsi olan “Benadryl”, “Mucinex”, “Theraflu” və “Tylenol” dərmanlarının satışına qadağa qoyulmasını istəyir. Tədqiqatçılar bunu burun tıxanıqlığı ilə mübarizədə təsirsiz hesab ediblər.

“The Wall Street Journal” yazır ki, “Theraflu” və bu tip qızdırma salan dərmanlar təsirsizdir.

“Benadryl”, “Mucinex” və “Tylenol” burun tutulmasını aradan qaldırmaq üçün istifadə olunan fenilefrin ehtiva edir. Bu dərmanlar həkim resepti olmadan satılır. Maddənin özü təhlükəsizdir, lakin ən azı dörd araşdırma göstərdi ki, ona əsaslanan dərmanlar burun tutulmasımı aradan qaldırmır.

2015-ci ildə Florida Universitetinin tədqiqatçıları FDA-dan fenilefrinin təsdiqlənmiş reseptsiz dərmanlar siyahısından çıxarılmasını xahiş etmişdilər. 2016-cı ildə Agentlik sorğuya baxıldığını, lakin məsələnin "hərtərəfli öyrənilməsi və təhlili" tələb olunduğu üçün qərar qəbul edə bilmədiyini bildirmişdi.

Şimali Karolina Universitetinin professoru Stefani Ferreri hesab edir ki, FDA çox güman ki, "zərər riskinin aşağı olması" səbəbindən tədbir görmür.

“Johnson & Johnson” (“Tylenol” və “Benadryl” istehsalçısı) şirkəti açıqlama verib ki, fenilefrinin FDA tərəfindən təhlükəsiz olaraq tanınması barədə qərarını müsbət qiymətləndirir. “Mucinex” istehsal edən “Reckitt Benckiser Group PLC” isə hər yerdə qaydalara əməl etdiklərini açıqlayıb. “Theraflu” (həmçinin fenilefrin ehtiva edən) istehsal edən “Haleon PLC” şirkəti isə şərh verməkdən imtina edib.

(RBC)