Polşada “hər kəsə silah”: hamı atəş açmağı öyrənəcək
“Maraq ifrat dərəcədə çoxdur və bu minvalla biz bunu istəyən hər kəsi öyrədə bilməyəcəyik”
Polşada hər kəs üçün atıcılıq təlimi başlayır. Layihə idman atıcılığının populyarlaşdırılması üçün nəzərdə tutulub. Hər hansı bir yetkin silahla necə davranmağı öyrənə bilər. Təşkilatçılar qeyd edirlər ki, layihəyə maraq o qədər böyük olub ki, onlar istəyən hər kəsə təlim keçə bilməyəcəklər.
Yaşı 26-dan yuxarı olan hər kəs atıcılığı öyrənə bilər və bunun üçün bir qəpik də ödəməyəcək. Bu, İdman və Turizm Nazirliyinin Polşa Atıcılıq İdmanı Assosiasiyası tərəfindən həyata keçirilən tamamilə yeni layihədir. Bu yaxınlarda vətəndaşların təlim üçün qeydiyyatdan keçə biləcəyi bir veb sayt işə salındı.
Polşa Atıcılıq İdmanı İttifaqının prezidenti Andjey Kijovski deyib: "Bunu biz etməsək, kim edəcək ki?! Bu məşqi edə biləcək klublarımız var. Polşada ən yaxşı məşqçilərimiz var, avadanlıqlarımız var. Ona görə də bu layihəni həyata keçiririk".
“Polşanın hər yerindən 40-dan çox klub təlim keçirməyə icazə almaq üçün müraciət edib. Bu, atıcılıq idmanının populyarlaşmasında bir irəliləyişdir. Biz bu proqramı pilot proqram kimi qiymətləndiririk və gələn il də davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Kijovski bildirib.
Layihənin koordinatoru İolanta Jarczewsk isə söyləyib ki, bu il İdman və Turizm Nazirliyinin “Hamı üçün atıcılıq” layihəsinə ayrılmış 2,5 milyon zlot maliyyə vəsaiti sayəsində 3740 nəfər atıcılığın əsaslarını öyrənə biləcək: “Maraq müqayisəolunmaz dərəcədə böyükdür. Düşünürəm ki, biz bunu istəyən hər kəsi öyrədə bilməyəcəyik”.
Təlim üçün qeydiyyat “strzelanie.pzss.org.pl” saytı vasitəsilə mümkündür. Qeyd etmək lazımdır ki, qeydiyyat konkret klubda məşq başlamazdan 14 gün əvvəl başlayacaq.
(inosmi.ru)