Nərə balığı avtomagistralda qəzaya səbəb oldu

Nərə balığı avtomagistralda qəzaya səbəb oldu

Donmuş balıq avtomobilin radiatorunu deşib

Donmuş nərə balığı Xabarovsk diyarında magistral yolda qəzanın iştirakçısı olub. “Amur Mash” adlı “Telegram” kanalının məlumatına görə, balıq leşi rusiyalı sürücünün maşınının radiatorunu deşib.

Həmin şəxsin dediyinə görə, o, “Mazda” markalı avtomobillə Nikolayevsk-na-Amurdan Xabarovska gedirmiş. Qar və küləyin maşını yoldan çıxarmasının qarşısını almaq üçün maşınını özüboşaldan yük maşınının arxasınca sürmək qərarına gəlib.

Qəfildən sürücü yük maşınının kuzovundan təkərlərin altına hansısa əşyanın düşdüyünü görüb. Diqqətlə araşdırdıqda məlum oldu ki, bu, nəhəng donmuş nərə balığıdır. Donmuş balıq radiatoru zədələyib.

Sürücü dayanmaq məcburiyyətində qalıb. Yoldan keçən sürücülər kişiyə kömək ediblər. Onların sayəsində evakuatoru gözləməyi və donmamağı bacarıb.

(lenta.ru)