Qarabaşaq siçanların ömrünü uzadırmış, insanların isə...

Qarabaşaq siçanların ömrünü uzadırmış, insanların isə...

Mütəxəssislər bu məhsulun insanlara təsirini yoxlamaq niyyətindədirlər

Sibir alimləri qarabaşaq yarmasının faydalılığını laboratoriya şəraitində sübut edə biliblər. Sibir Federal Universitetinin (SFU) mütəxəssisləri araşdırma aparıblar: onlar pəhrizli qarabaşaq yarmasının eksperimental siçanların ömrünə təsirini müəyyən ediblər. Elmi işlərin nəticələri yaxın günlərdə Krasnoyarskda açılacaq birinci Rusiya qastronomik forumunda təqdim olunacaq.

“Rossiyskaya qazeta”nın məlumatına görə, tədqiqatın əsas məqsədi Rusiyanın ərzaq təhlükəsizliyini, eləcə də texnoloji suverenliyini gücləndirmək olub. Biolüminessent biotexnologiyalar laboratoriyasında bir neçə layihə hazırlanıb ki, onlardan biri məhsulların keyfiyyətinin sürətli qiymətləndirilməsi, eləcə də onların çirklənməsinin aşkarlanması üçün biosensorla bağlıdır.

Qida analizi yüksək həssaslığa malik portativ cihazlardan istifadə etməklə həyata keçirilir. Bu cihazlar az miqdarda məhsulu götürərək təhlükəsizliyi müəyyən etməyi asanlaşdırır.

Eyni zamanda, qarabaşaq yarmasına xüsusi diqqət yetirilir, çünki bu dənli bitki Rusiyada çox populyardır. Alimlər sübut ediblər ki, bu məhsuldan istifadə heyvanların ömrünü uzadır. Yaxın gələcəkdə mütəxəssislər bu məhsulun insanlara təsirini yoxlamaq niyyətindədirlər.

(csn-tv.ru)