Müxtəlifliklərin vəhdəti və ya Amerika qüdrəti - FOTOLAR
Amerikalılar bu günə də, tarixə də gerçək yanaşırlar
ABŞ-ın qüdrəti xeyli dərəcədə fərqlilikləri qorumaqla bir bütov yaratmaq, müxtəlifliklərdən işlək vahid sistem qurmaqdır. Tarixə də bu cür yanaşırlar, nöqsan hesab etdiklərini, uğurları da açıq deyirlər. Tarixə gerçək yanaşırlar.
Bu gün ABŞ-ın Arkanzas ştatının paytaxtı Little Rock şəhərini gəzdik. Bu gördüyünüz “USS Razorback” sualtı qayğıdır. Bu sualtı qayıq 1944-də istifadəyə verilib, 1970-də Türkiyəyə satılıb, 2005-ci ildə geri alınıb. Türkiyədə adı dəyişdirilib və “TCG Muratreis” adlandırılıb. Hazırda Arkanzas Dəniz Muzeyinin bir hissəsi kimi nümayiş etdilir.
Little Rock şəhəri və müharibə veteranları təşkilatı qayığın döyüş növbətçiliyindən çıxarıldığını və utilizasiya olunacağını xəbər alanda dərhal vəsait toplayaraq geri alıblar. Qayığı şəhərin və ABŞ hərbi donanmasının tarixinin bir parçası kimi saxlamağa qərar veriblər.
Türkiyəni də unutmayıblar, bayrağını taxıblar. Gəminin daxilində də Türkiyədəki xidmətdən yadigarlar saxlayıblar. Qayığın içində olmaq qəribə hiss idi. Sualtı donanmada xidmət edən insanlar doğurdan da çox böyük şücaət göstərirlər.
Müəllif: Zaur İbrahimli (siyasi şərhçi)
Mənbə: “Facebook”