“Rusları təcrid edin” – Futbol dünyasına çağırış
SSRİ-nin məhşur futbolçuları Rusiya ilə oyundan imtina etməyə çağırıblar
UFA (Ukrayna Futbol Assosasiyası) prezidenti Andrey Pavelko deyib ki, vaxtilə SSRİ yığmasının və Kiyev “Dinamo”sunun ulduzları olmuş Oleq Bloxin və İqor Belanov Rusiya ilə yoldaşlıq oyununda iştirak etməmək xahişi ilə Bosniya və Herseqovina millisinin futbolçularına müraciət ediblər.
“Futbol Evində Ukrayna Futbol Assosiasiyasının icraiyyə komitəsinin iclası keçirilib. Yekdil dəstək alan gündəliyin birinci bəndi Rusiya millisi ilə noyabrın 19-da Rusiyada keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu qərarının ləğv edilməsi xahişi ilə Bosniya və Herseqovina Futbol Assosiasiyasının rəhbərliyinə müraciət olunub. Paralel olaraq “Qızıl top”un sahibləri Oleq Bloxin və İqor Belanov Bosniya və Herseqovina millisinin futbolçularına belə bir matçda iştirak etməmək xahişi ilə müraciət ediblər”, - deyə o bildirib.
Pavelko qeyd edib ki, UFA İcraiyyə Komitəsi Bosniya və Herseqovina Futbol Assosiasiyasının rəhbərliyini UEFA və FIFA-nın himayəsi altında, Rusiyadan olan komandaları beynəlxalq yarışlardan kənarlaşdıran bütün sivil futbol dünyası ilə həmrəy olmağa çağırıb.
(championat.com)