“Twitter”in ardınca “Facebook” və “Instagram” da?

“Twitter”in ardınca “Facebook” və “Instagram” da?

Korporasiyanın sahibi 11 min insanın ixtisar ediləcəyini açıqlayıb

“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta Corporation” şirkəti kadrların kütləvi şəkildə azaldılması və xərclərin minimuma endirilməsi çərçivəsində 11 mindən çox insanı ixtisar edəcək - bu, işçilərin təxminən 13%-ni təşkil edir.

Korporasiyanın rəhbəri Mark Zukerberqin şirkətin saytında dərc olunan məktubunda da işə götürmə qadağasının uzadılmasından bəhs edilir. Onun sözlərinə görə, bu qərarın səbəblərindən biri COVID-19 pandemiyası zamanı onlayn ticarətə yanlış investisiyalar, eləcə də artan rəqabət və yavaşlayan iqtisadiyyatdır ki, bu da mənfəətin azalmasına səbəb olur. Ofislərin sahəsinin azaldılması da nəzərdə tutulur.

Ötən həftə “Twitter” sosial şəbəkəsinin yeni sahibi İlon Mask da bir neçə min əməkdaşını işdən çıxarmışdı.

(Euronews)