İsveç ölən şimpanzelərə yas tutur
Camaat onları adları ilə tanıyırdı
İsveçlilər ölən şimpanzelərə yas tuturlar. Belə ki, Furuvik şəhərinin zooparkının işçiləri bir gün əvvəl qəfəslərindən qaçan 4 meymunu güllələməyə məcbur olublar.
Park qış üçün bağlı idi, ziyarətçilər yox idi. Lakin gözətçilər öz başlarına buraxılan şimpanzelərin çox aqressiv ola və insanlar üçün təhlükə yarada biləcəyinə əmin idilər.
Zooparkın direktoru Sandra Vilke: "Şimpanzelərimiz yaşadıqları binadan qaçanda bizim başqa çarəmiz yox idi. Şimpanzeləri öldürmək son çarədir. Amma onlar həm parkın işçiləri, həm də ümumən insanlar üçün çox böyük təhlükə yaradırdı. Çünki onlar asanlıqla dırmaşa bilir. Hasarın üstündən keçib və zooparkdan çıxa bilərdilər”.
Lakin bir çox isveçlilər ölkədə geniş tanınan və məşhur olan meymunların öldürülməsindən qəzəblənib, üzülüb - ictimaiyyət onları adları ilə tanıyırdı. Məsələn, 44 yaşlı şimpanze Santino necə şəkil çəkməyi bilirdi və hətta İsveç vəliəhd şahzadəsi Viktoriyaya bir şəkil də hədiyyə edib və ziyarətçilərə atmaq üçün əvvəlcədən daş yığınları hazırlaması ilə də məşhur idi.
Parkın əməkdaşları qeyri-peşəkarlıqda ittiham olunurlar. Mühafizəçilər şimpanzelərin çölə çıxmasında günahlarını inkar etmirlər, lakin qaçaqları yuxu dərmanı ilə yatırtmağa çalışmağın çox təhlükəli olacağını vurğulayırlar.
(Euronews)