Ərsiz qadınların “ayin” məkanı
Onların inancına görə, bunu etdikdən sonra qadınlarda seksual həyat yaxşılaşır, yaxşı ər tapılır və hamilə qalmaq asanlaşır
Victor Noir fransalı jurnalist idi. Ayaqqabı təmirçisi bir yəhudinin oğlu idi. Noir 1870-ci ildə, 22 yaşında fransız siyasi elitasının nümayəndələrindən, Napoleon Bonapardın qardaş oğlu Pierre Bonapard tərəfindən öldürülür.
Fransada imperial rejimə qarşı olan jurnalistlərdən hesab olunur. Amma onu daha da məşhur edən siyasi fəaliyyət və ölümü olmur.
Noir dəfn edildikdən sonra qəbri üzərində ölüm anındakı vəziyyətinə uyğun uzanıqlı heykəli düzəldilir. Bundan sonra Fransada anormal inanclar formalaşır. Bir sıra qadınlar üçün Victor Noirin uzanıqlı məzar heykəli doğurqanlıq simvoluna, seksual ayin məkanına çevrilir.
Kütləvi halda qadınlar gəlib onun üzərinə gül qoyur, dodaqlarından öpür və hətta vaginal bölgələrini yerdəki heykələ toxundururlar. İnanclara görə, bunu etdikdən sonra qadınlarda seksual həyat yaxşılaşır, vaginal problemlər düzəlir, yaxşı ər tapılır və hamilə qalmaq asanlaşır.
Bürünc məzar Parisin Pere-Lachaise məzarlığında yerləşir. 2004-cü ildə bu tərz rituallar çox edildiyinə görə məzarın ətrafı çəpərlənmişdi, ancaq etirazlardan sonra yığışdırılır.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”