Türk tarixində ən rasional dövlət
Səlcuqlar mürəkkəb bir etno-dini politik coğrafiyada mükəmməl balans qurmuşdular
Səlcuqların siyasi, dini, mədəni və elmi idarəetmə zəkalarından keçmişdə dəfələrlə yazmışam. Mükəmməl imperiya olub. Türklərin bəşər tarixində yaratmış olduqları ən rasional dövlət, mənə görə, Səlcuqlardır. Mürəkkəb bir etno-dini politik coğrafiyada mükəmməl balans qurmuşdular.
Tarixə diqqət yetirirəm ki, nədənsə, çox daha gərəkli mövzu olan iqtisadiyyata toxunan azdır. Halbuki, Səlcuqlar iqtisadi olaraq da dövrünə görə möhtəşəm işlər görüblər. Xaçlıların məhv etdikləri ticarət əlaqələrini bərpa edib, mühüm limanları canlandırıb, ticarət şəbəkəsini Avropa ilə qurub, yumşaq diplomatiya ilə gücə baş vurmadan çox müsbət yeniliklər ediblər.
Səlcuqların ən sevdiyim cəhəti daxili istehsalı gücləndirməsi olub. Səlcuqlar bir ixrac imperiyası yaradıblar. Bir çox strateji məhsulların qlobal ixracına əsaslanan iqtisadi sistem qurmağı bacarmışdılar.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”