Onlar Milad bayramını çılpaq şəkildə qeyd edəcəklər

Onlar Milad bayramını çılpaq şəkildə qeyd edəcəklər

“Başa düşdüm ki, həyatımın 20 ilini insanların necə geyinməli olduğumu düşündükləri ilə bağlı boşuna narahatlıqla keçirmişəm”

Britaniyalı nudist cütlük Helen Berriman və əri Saymon Milad bayramını geyinmiş qonaqlar arasında çılpaq keçirəcəklər. Bu barədə “The Sun” məlumat yayıb.

2015-ci ildə gələcək həyat yoldaşları sosial şəbəkədə danışmağa başladılar və Saymon Helenə nudizmə olan marağı barədə danışdı.

“O etiraf etdi ki, paltarsız gəzməyə üstünlük verir. Dedim ki, etiraz etmirəm, amma o, evdə gəzərkən paltar geyinməlidir və mən bu işdə iştirak etmək istəmirəm”, - deyə qadın xatırlayır.

Lakin Saymon sonradan Helenin istəklərinə məhəl qoymamağa başladı və hətta qonşuların gözü qarşısında lüt soyundu.

Qadın ərinin həyat tərzinin 15 yaşlı qızına mənfi təsir edəcəyindən narahat olsa da, diskomfort hiss etmədiyini bildirib. Bir müddət sonra Helen Saymonla birlikdə incəsənət tədbirinə getdi. Bütün sənətçilər çılpaq idi, qadın da çılpaq olmağa qərar verdi. Onun sözlərinə görə, geyimsiz özünü daha azad hiss edib və nudist olmaq istəyib.

Bundan sonra Helen menecer kimi işini tərk etdi və naturist jurnalında məqalələr yazmağa başladı. İndi o da əri kimi daim evdə çılpaq gəzir.

Qadın deyir: “Qızım və anam bizim həyat tərzimizi tamamilə qəbul edirlər və onları çılpaq qarşılayanda artıq təəccüblənmirlər”.

Cütlük yaxın adamların əhatəsində qeyd olunacaq Milad bayramını səbirsizliklə gözləyir. Helen və Saymon bayram papaqlarından başqa çılpaq olacaqlar.

Helen deyir: “Mən başa düşdüm ki, həyatımın 20 ilini insanların necə geyinməli olduğumu düşündükləri ilə bağlı boşuna narahatçılıqla keçirmişəm”.

(lenta.ru)