“Elm adamları həm vergidən, həm də hərbi xidmətdən azad edilsin!”
Türklərin və ümumən Şərqin siyasi-coğrafi taleyində mühüm rolu olmuş sultanı tanıyaq
Osmanlı sultanı 2-ci Murad (1404-1451) haqqında keçmişdə bəzi yazılarım olub. Digər bəzi sultanlara nisbətdə tarixdə adı çox məşhur olmasa da, mənə görə, Osmanlının ən böyük hərbi strateqlərindən olub. Türklərin və ümumən Şərqin siyasi-coğrafi taleyində mühüm rolu olmuş şəxsdir.
2-ci Murad haqqında qarşıma bir məlumat da çıxdı ki, elmlə bağlı mühüm fərman veribmiş. Feodalizm dövründə insanlar üçün ən böyük 2 mükəlləfiyyət olub:
1) Vergilər;
2) Hərbi xidmət.
Sultan 2-ci Murad verdiyi fərmanda elmlə məşğul olan insanları hər iki mükəlləfiyyətdən azad edib. Nəticə olaraq bütün Şərqdən Osmanlıya elmi axın olub. Türkiyəyə ən böyük axın istiqamətlərindən biri də Azərbaycandan olub.
Fateh Sultan Mehmet dövrü üçün münbit zəmin hazırlayan Sultan 2-ci Murad olub. Ancaq təəssüf ki, Fatehdən sonra Osmanlıda elmə önəm verilməsi azalıb.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”