Nazir səfirliyə hücum zamanı yaralananları ziyarət edib - FOTOLAR
Bayramov: “Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda Azərbaycan səfirliyinə hücum zamanı xəsarət alanları ziyarət edib. “Avronews” xəbər verir ki, bu barədə Bayramov "Tvitter" hesabında paylaşım edib.
“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik. Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!”, - deyə nazir bildirib.