“Ulduz” söndü - FOTO

“Ulduz” söndü -

Camaat baş verəcəklərdən narahat idi, amma…

Daha bir tarixi abidə məhv oldu. "Ulduz" filmində Məhəmmədin istirahət etdiyi, Züleyxa ilə məşhur səhnə olan çardaq, talvar  vardı. Cənubda ona “ləm” deyirlər.

Abidə Astaranın Ərçivan qəsəbəsində yerləşir. Bir neçə ildir, həm rayon, həm də bölgə ziyalıları 116 yaşlı ləmin uçmaq təhlükəsi olduğundan narahat idilər və bununla bağlı müraciətlər edirdilər. Lakin təmir və bərpa olunmadı.

Bu gün artıq ləm uçub. Astara RİH-dən isə bildiriblər ki, ləmin ərazisi şəxsi mülkiyyət olduğundan, onu ancaq mülkiyətçi xüsusi icazələrlə təmir edə bilər. Belə.

Zaqatalada da Çingizqala vardı, o da dağılıb uçurdu, dedilər şəxsi mülkiyyətdir.

Müəllif: Şəhla Cabbarlı (tarixçi)

Mənbə: “Facebook”